Yuxarı

​Bakıda 23 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

Məhkəmənin növbəti iclası noyabrın 5-nə təyin edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı Nihad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

M.Səttarov özünü qismən təqsirli hesab edib. X.Şirinov isə M.Səttarovdan fərqli olaraq özünü təqsirli bilmədiyini deyib.

Növbəti prosesdə N.İsmayılovun hüquqi varisi və şahidlər çıxış edəcək.

Məhkəmənin növbəti iclası noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri, 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi