Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Cabir Əflatun oğlu (soyadı dəqiqləşdirilir-red) naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş yarası diaqnozu qoyulub.