Yuxarı

Bakıda 22 yaşlı gənc qətlə yetirilib

Bakıda 22 yaşlı gənc qətlə yetirilib

197

O, xəstəxanada çoxlu qan itirmədən dünyasını dəyişib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakının Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib. Bu barədə "Report"a Sabunçu Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki,  22 yaşlı Nihat İsmayılov kəsilmiş-deşilmiş yara diaqnozu ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada çoxlu qan itirmədən dünyasını dəyişib. Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda Sabunçu RPİ-nin əməkdaşları N.İsmayılovu bıçaqlayan şəxs və ya şəxslərin axtarışlarını davam etdirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi