Bakıda 22 yaşlı gənci avtomobil vurdu

Bakıda 22 yaşlı gənci avtomobil vurdu Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 May , 2020 02:23
Bakıda 22 yaşlı gənci avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ şosesində qeydə alınıb.

Belə ki, şose ilə hərəkət edən avtomobil 1998-ci il təvəllüdlü Ələkbərova Səma Tənhan qızını vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona baş və bədənin əzilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi