Bakı. 1 may.
"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, zərərçəkmişlərin qaldırdığı mülki iddia da təmin olunub.
Qeyd edək ki, S.Şeyxov Bakıda 2 vətəndaşa ev almaq adı ilə onların etibarından sui-istifadə edərək 210 min manatlıq dələduzluq edib.
Həmin şəxslərə nə istintaq dövründə, nə də məhkəmədə dəymiş zərər ödənilməyib.
S.Şeyxov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, o, bundan qabaq da dələduzluq əməli ilə məhkumluq həyatı yaşayıb. S.Şeyxov "Şatl" MMC-nin təsisçisi olub.