Bakıda 21 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib

Bakıda 21 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib O, yaxınlarının köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb
Hadisə
11 Yanvar , 2017 10:15
Bakıda 21 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakıda 21 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, İsmayıl Qutqaşınlı küçəsi ev 27-də yaşayan 1996-cı il təvəllüdlü Qasımzadə Sevər intihar etmək məqsədilə sirkə turşusu içib. S.Qasımzadə yaxınlarının köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi