Bakıda 21 yaşlı oğlan bıçaqlanıb

Bakıda 21 yaşlı oğlan bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Avqust , 2016 10:26
Bakıda 21 yaşlı oğlan bıçaqlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayonun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini 1995-ci il təvəllüdlü Murad Hacıyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı 1 saylı Kliniki Tıbbı Mərkəzə yerləşdirilib.

Araşdırmalar zamanı M.Hacıyevi bıçaqlayan şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Naxçıvan şəhər sakini 1967-ci il təvəllüdlü Ülfət Hüseynovdur. Onun tutulması üçün əməliyyət tədbirləri keçirilir.

Son xəbərlər

Orphus sistemi