Bakıda 21 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub

Bakıda 21 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
24 Sentyabr , 2019 13:23
Bakıda 21 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədriyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib. O bildirib ki, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, O.Əliyev barəsində irəli sürülən adam öldürməyə cəhd maddəsi qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilib və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tayqa" marketin yaxınlığında baş verib.

1998-ci il təvəllüdlü Zaman Qərib oğlu Rüstəmov çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində Orxan Elxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.

O.Əliyevə əvvəlcə Cinayət Məsəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, daha sonra onun əməli 29, 120.2-ci (xuluqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.

Son xəbərlər

Orphus sistemi