Bakıda 20 yaşlı qız yenidən itkin düşüb

Bakıda 20 yaşlı qız yenidən itkin düşüb Bakıda 20 yaşlı qız yenidən itkin düşüb.
Hadisə
2 Aprel , 2023 14:27
Bakıda 20 yaşlı qız yenidən itkin düşüb

Bakıda 20 yaşlı qız yenidən itkin düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, qızı 2003-cü il təvəllüdlü Əfsanə yaşadığı evdən çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara.

Əfsanə İsmayılova barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum istiqamətdə getmiş və itkin düşmüşdü. Həmin vaxt 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri müəyyən edilmiş və Əfsanə tapılaraq ailəsinə təhvil verilmişdi.

Son xəbərlər

Orphus sistemi