Bakıda 20 yaşlı gənc bıçaqlanıb

Bakıda 20 yaşlı gənc bıçaqlanıb Asif Səfərov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib
Hadisə
20 May , 2017 08:40
Bakıda 20 yaşlı gənc bıçaqlanıb
Courtesy İmage

Bakı. 20 may. REPORT.AZ/ Bakıda gənc oğlan bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Həsən Əliyev küçəsində 1997-ci il təvəllüdlü Səfərov Asif Vasif oğlu naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı binanın həyətinə çağırılıb. Çağırılan ünvana gedən A.Səfərov orda bıçaqlanıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi