Bakıda 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan şəxsə şərti cəza verilib

Bakıda 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan şəxsə şərti cəza verilib Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borca görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
11 Dekabr , 2018 16:21
Bakıda 20 min dollar borca görə əmisi oğlunu bıçaqlayan şəxsə şərti cəza verilib
0 : 00
0 : 00

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində borca görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

Onun ilk dəfə cinayət əməli törətməsi, himayəsində iki azyaşlı övladının olması, zərərçəkmişlərin barışması və əməlindən peşman olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.

Xatırladaq ki, prokuror çıxışında İ.Hümbətovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, bazarda alverçi olan İ.Hümbətov xaricdən meyvə-tərəvəz gətirməklə məşğul olan əmisi oğlu Vasif Hümbətovu 20 min dollar borca görə bıçaqlayıb.

Son xəbərlər

Orphus sistemi