Bakıda 20 gün əvvəl intihara cəhd edən kişi xəstəxanada ölüb

Bakıda 20 gün əvvəl intihara cəhd edən kişi xəstəxanada ölüb Cinayət işi başlanılıb
Hadisə
20 İyul , 2017 09:35
Bakıda 20 gün əvvəl intihara cəhd edən kişi xəstəxanada ölüb
Report

Bakı. 20 iyul. REPORT.AZ/ Bakıda 20 gün əvvəl intihar məqsədi ilə sirkə turşusu içən şəxs xəstəxanada dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, iyunun 30-da 1955-ci il təvəllüdlü Cabir Cahangir oğlu Mehdiyev yaşadığı evdə intihar məqsədi ilə sirkə turşusu içib. O, Xəzər Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və dünən orada vəfat edib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi