Yuxarı
    Bağlamaq

    Bakıda 20-dən çox evdən oğurluq edən dəstə üzvləri saxlanılıb

    Faktla bağlı cinayət işi başlanıb

    Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakının Xəzər rayonunda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb.

    Bu barədə “Report”a Xəzər Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

    Məlumata görə, Binə qəsəbəsinin sakinləri Vüsal Məmmədli, Həmid Əliyev, Teyyub Məmmədli, Rəşad Əliyev və Orxan Əlizadədən ibarət dəstə Xəzər rayonunun müxtəlif qəsəbələrində 20-dən çox fərdi yaşayış evindən müxtəlif miqdarda qızıl-zinyət əşyalarını oğurlayıb.

    Daxil olduqları evlərdən təkcə qızıl-zinyət əşyaları oğurlamaqla kifayətlənməyən dəstə üzvləri tamah məqsədilə laqunda, bel və digər ev üçün lazım olan əşyaları da oğurlayıblar.

    Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb. Dəstə üzvlərinin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi