Bakı. 31 avqust. REPORT.AZ/ Bilgəhdə 2 yaşlı körpə su hovuzuna düşərək boğulub.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində 2 yaşlı Mehti Bayramzadə həyətlərindəki su hovuzuna düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.