Azərbaycanlı FİFA referisi yol qəzasında həlak olub - FOTOLAR - YENİLƏNİB

Azərbaycanlı FİFA referisi yol qəzasında həlak olub - FOTOLAR - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Yanvar , 2015 16:59
Azərbaycanlı FİFA referisi yol qəzasında həlak olub - FOTOLAR - YENİLƏNİB

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün Sabunçu rayonu ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişmiş sürücünün şəxsiyyəti dəqiqləşib.

Futbol üzrə FİFA referisi Əliyar Ağayevin “Report”a verdiyi məlumata görə, ölən şəxs onun həmkarı, beynəlxalq dərəcəli futzal hakimi Xəlil Hüseynlidir.

Hadisənin təfərrüatları barədə məlumatsız olduğunu deyən Ə.Ağayev mərhumun dəfn olunduğunu, yas mərasiminin Sulutəpə qəsəbəsində keçirildiyini əlavə edib.

***

ilk xəbər saat 13:02-də yayımlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Sabunçu rayonu ərazisində iki “VAZ” markalı minik avtomobili toqquşub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nəticədə şəxsiyyəti məlum olmayan sürücü hadisə yerində vəfat edib. Deformasiyaya uğramış avtomobildə sxılmış vəziyyətdə qalmış sürücünün cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi