Bakıda 2 piyadanı vuraraq qaçan sürücü saxlanıldı

Bakıda 2 piyadanı vuraraq qaçan sürücü saxlanıldı İyunun 5-də saat 10 radələrində Nərimanov rayonunun Azadlıq prospektində, piyada zolağı olmayan yerdə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Eminbəyli və S.Quliyeva vurulublar.
Hadisə
7 İyun , 2021 12:57
Bakıda 2 piyadanı vuraraq qaçan sürücü saxlanıldı
0 : 00
0 : 00

İyunun 5-də saat 10 radələrində Nərimanov rayonunun Azadlıq prospektində, piyada zolağı olmayan yerdə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Eminbəyli və S.Quliyeva vurulublar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadaların xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini M.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi