Bakıda 2 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda 2 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndiirlən Malik Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
3 Sentyabr , 2020 09:11
Bakıda 2 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Malik Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report”un xəbərinə görə, iş yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”də olan bir ailənin 2 üzvü – Şəhriyar Həsənov və onun anası Minayə Hüseynova hadisə yerində ölüb. Hadisə zamanı həmçinin ailənin daha 3 üzvü – 29 yaşlı Həsənova Lamiyə Zöhrab qızı və onun övladları – 6 yaşlı Həsənova Mənisə Şəhriyar qızı, iki aylıq körpə Həsənova Məryəm Şəhriyar qızı ağır bədən xəsarətləri alıblar.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. L.Həsənovaya bədənin müştərək travması, Mənisə Həsənovaya sol bazu sümüyünün sınığı və ənsə nahiyəsinin əziyi, Məryəm Həsənovaya isə qapalı kəllə-beyin travması, baş-beyin əziyi, təpə-ənsə nahiyəsinin qəlpəli sınıqları diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi