Bakıda 2 kişi meyiti tapılıb

Bakıda 2 kişi meyiti tapılıb Rayon prokurorluğunda araşdırma aparılır
Hadisə
27 Oktyabr , 2016 16:30
Bakıda 2 kişi meyiti tapılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda müxtəlif mənzillərdə üzərində zorakılıq əlamətləri olmayan 2 kişi meyiti tapılıb.

"Report"un məlumatına görə, hər iki hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun Mikayıl Müşviq küçəsi ev 13/15 mənzil 66-da yaşayan 1940-cı il təvəllüdlü Əmirçoban Ağayevin yaşadığı evdə üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Digər bir kişi meyiti isə rayonun Müzəffər Hüseynov küçəsində tapılıb. Belə ki, ev 1-in qarşısında 50-55 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.

Meyitlər aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hər iki faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi