Bakıda 2 avtomobil toqquşdu, xəsarət alan var

Hadisə
  • 26 fevral, 2020
  • 02:34
Bakıda 2 avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1981-ci il təvəllüdlü Həmidov Fəxrəddin Arif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapal kəllə-beyin travması və sol təpə nahiyəsinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

44 filmi