Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edən şəxs saxlanılıb Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq hadisəsi baş verib.
Hadisə
3 Fevral , 2020 08:34
Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq hadisəsi baş verib. 

"Report" Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə yanvarın 30-da Nərimanov rayonunda qeydə alınıb. Naməlum şəxs saat 16:50 radələrində F.Yusifov küçəsində Bakı şəhər sakini, 2002-ci təvəllüdlü N.Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.

 Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin İbrahimov tərəfindən törədilməsi müəyyən edilib. E.İbrahimov tutulub.

Son xəbərlər

Orphus sistemi