Bakıda 18 yaşlı gənc bıçaqlanıb

Hadisə
  • 01 oktyabr, 2019
  • 21:19
Bakıda 18 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Qobustan rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Nəcəfov Sənan Nadir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.