Yuxarı
    Bağlamaq

    ​Bakıda 18 maşın toqquşub - FOTO

    Hadisə nəticəsində bir nəfər yaralanıb

    Bakı. 3 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində 18 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

    “Report”un Yasamal rayon Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, qəzaya Talıblı küçəsi ilə hərəkət edən “Zil” markalı yük avtomobilinin əylənc sistemində yaranan nasazlıq səbəb olub.

    Sürücü işıqforun qırmızı işığında yük avtomobilini saxlaya bilmədiyindən, əvvəlcə yol kənarında dayanan piyadanı vurub, daha sonra isə 18 avtomobili əzib. Piyada ağır vəziyyətdə xəstəxanaya aparılıb. Avtomobillərdə olanlar isə yüngül xəsarətlər alıblar. Hadisədən sonra yük maşınının sürücüsü ifadəsinin alınması üçün Yasamal rayon Polis İdarəsinə aparılıb.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi