Bakıda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Hadisə
  • 20 iyul, 2022
  • 23:26
Bakıda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Bakıda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

2005-ci il təvəllüdlü Musayev Yaşar Əli oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb. Hadisə zamanı xəsarət alan sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.