Yuxarı
    Bağlamaq

    Bakıda 16 yaşlı piyadanı avtomobil vurub

    Faktla bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı şəhərində 16 yaşlı piyadanı avtomobil vurub.

    "Report"un məlumatına görə, hadisə oktyabrın 27-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

    "Bahar" yaşayış massivində naməlum avtomobil 2000-ci il təvəllüdlü Hövsan sakini Murad Rəhimovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi