Bakı. 24 mart. REPORT.AZ/ Bakı şəhərində 15 yaşlı qız dərmandan zəhərlənərək dünyasını dəyişib.
"Report"un məlumatına görə, hadisə martın 19-da Xətai rayonunun R.Bağırov küçəsində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Emilya Məmmədzadə yaşadığı ünvanda çoxsaylı dərman qəbul edib. Daha sonra o, Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Lakin E.Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.