Yuxarı

Bakıda 15 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Bakıda 15 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Bakıda 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oğurluq etdiyinə görə tutulan M.Bayramovun ətrafında Sabunçu Rayon Polis İdarəsi 12-ci PŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 23-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin qarşısındakı “BMW” markalı avtomobildən isə 700 manat oğurlaması da müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi