Bakıda 13 kq marixuana, 2 kq heroin, 6 kq tiryək əldə etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda 13 kq marixuana, 2 kq heroin, 6 kq tiryək əldə etməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə satışında təqsirləndirilən 1984-cü il təvəllüdlü Şükürov Taleh Əmiraslan oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
17 Sentyabr , 2018 15:37
Bakıda 13 kq marixuana, 2 kq heroin, 6 kq tiryək əldə etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə satışında təqsirləndirilən 1984-cü il təvəllüdlü Şükürov Taleh Əmiraslan oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Şükürov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, T.Şükürov satış məqsədi ilə 13 kiloqram marixuana, 2 kiloqram heroin, 6 kiloqram tiryək əldə edib. Narkotik vasitələr onun kirayədə yaşadığı mənzildə aşkar edilib.

T.Şükürov həmçinin narkotik vasitə istifadəsində də ittiham edilib.

Məhkəmədə məlum olub ki, T.Şükürov daha əvvəl də narkotik istifadəsinə görə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi