Bakıda 12 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb

Bakıda 12 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb Bakıda bədbəxt hadisə baş verib.
Hadisə
13 Avqust , 2019 20:16
Bakıda 12 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb
Courtesy İmage

Bakıda bədbəxt hadisə baş verib. 

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonu 4-cü mkr, Mircəlal 4 ünvanında qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı öz evlərinin eyvanından yıxılaraq xəsarət alıb.

4-cü mərtəbədən yıxılan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək travma, sol bud sümüyünün sınığı diaqnozu qoyulub və 12 yaşlı uşaq reanimasiyaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi