Bakıda itkin düşən 12 yaşlı qız axtarılır

Bakıda itkin düşən 12 yaşlı qız axtarılır Bakıda itkin düşən 12 yaşlı qız axtarılır.
Hadisə
5 Yanvar , 2021 09:52
Bakıda itkin düşən 12 yaşlı qız axtarılır

Bakıda 12 yaşlı qız itkin düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.

"Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

Ləman Şahbazova
Ləman Şahbazova

Son xəbərlər

Orphus sistemi