Bakıda 12 il əvvəl cinayət törətmiş şəxsə cəza təyin edilməyib

Bakıda 12 il əvvəl cinayət törətmiş şəxsə cəza təyin edilməyib Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elxan Şıxalıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
28 Dekabr , 2017 10:50
Bakıda 12 il əvvəl cinayət törətmiş şəxsə cəza təyin edilməyib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elxan Şıxalıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

E.Şıxalıyevin cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatdığından barəsində cəza təyin olunmayıb.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Şıxalıyev vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb. O, bu cinayəti 12 il əvvəl törədib. E.Şıxalıyev vətəndaşlara torpaq almaq adı ilə 28 min dollar pulunu məniməsəyib.

Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi