Bakıda 11 yaşlı qızı maşın vurub

Bakıda 11 yaşlı qızı maşın vurub Uşaq ağır xəsarət alaraq sürücü tərəfindən xəstəxanaya yerləşdirilib
Hadisə
19 İyul , 2017 08:27
Bakıda 11 yaşlı qızı maşın vurub
Report.az

Bakı. 19 iyul. REPORT.AZ/ Bakının Binəqədi rayonunda piyada vurulması hadisəsi baş verib.

"Report" xəbər verir ki, Xırdalan-Balaxanı yolunda 2006-cı il təvəllüdlü Səfərli Minayə Elçin qızını "Mercedes" markalı avtomobil vurub.

Uşaq ağır xəsarət alaraq sürücü tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sürücü saxlanılıb. Maşın cərimə meydançasına aparılıb.

Son xəbərlər

Orphus sistemi