Bakıda 10 yaşlı oğlan hosteldən gitara oğurlayıb

Bakıda 10 yaşlı oğlan hosteldən gitara oğurlayıb Bakıda 10 yaşlı yeniyetmə hosteldən oğurluq edib.
Hadisə
7 Noyabr , 2019 11:42
Bakıda 10 yaşlı oğlan hosteldən gitara oğurlayıb

Bakıda 10 yaşlı yeniyetmə hosteldən oğurluq edib.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 17-də paytaxtın Yasamal rayon ərazində yerləşən hostellərin birində baş verib.

Belə ki, Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Ə.N (ad, soyad şərti) gecə saatlarında hosteldən gitara oğurlayıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yaşlı oğlan saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi