Bakıda 1 nəfər beşmərtəbəli binanın damından özünü aşağı atmaq istəyib

Bakıda 1 nəfər beşmərtəbəli binanın damından özünü aşağı atmaq istəyib Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.
Hadisə
15 Sentyabr , 2018 22:54
Bakıda 1 nəfər beşmərtəbəli binanın damından özünü aşağı atmaq istəyib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.

"Report" xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Son xəbərlər

Orphus sistemi