Bakıda 1 milyonluq dələduzluq edən universitet müəllimi Ali Məhkəməyə müraciət edib

Bakıda 1 milyonluq dələduzluq edən universitet müəllimi Ali Məhkəməyə müraciət edib Bakı. 7 fevral. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsində olan hökmdən kassasiya şikayəti verilib.
Hadisə
7 Fevral , 2019 09:21
Bakıda 1 milyonluq dələduzluq edən universitet müəllimi Ali Məhkəməyə müraciət edib
Report

Bakı. 7 fevral. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsində olan hökmdən kassasiya şikayəti verilib.

“Report”un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən qadın bəraət hökmünün çıxarılmasını istəyir.

Həmçinin zərərçəkmişlər də kassasiya şikayəti verərək, onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Şikayət Tahir Kazımovun icraatına verilib, məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, V.Osmanlı vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.

İstintaq və məhkəmə istintaqı dövründə V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, daha sonra məhkəmə iclaslarından yayındığı üçün həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs və zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, V.Osmanlı əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində tyuitor vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi