Bakı. 11 noyabr. REPORT.AZ/ Qaradağ rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
"Report" xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi, ev 4 A ünvanında baş verib.
Belə ki, 1992-ci il təvvəllüdlü Xalidə Əhmədova, onun qızı, 2012-ci il təvəllüdlü Məleykə Əhmədova və X.Əhmədovanın bacısı 18 yaşlı Şəfaqət Məsiyeva evdə dəm qazından zəhərlənib.
Hər üç şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı araşdırma aparılır.