Bakıda 1,8 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət direktoru apellyasiya şikayəti verib

Bakıda 1,8 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət direktoru apellyasiya şikayəti verib İşə hakim Namiq Məmmədovun sədrliyi ilə baxılacaq
Hadisə
14 Oktyabr , 2017 17:53
Bakıda 1,8 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət direktoru apellyasiya şikayəti verib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıda dələduzluqda təqsirləndirilən “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 16-na təyin edilib.

İşə hakim Namiq Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İnşaat-E” MMC-nin direktoru olan K.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İş üzrə 19 zərərçəkmiş var. O, zərərçəkmiş Hamlet Həmzəyev, Şahin Mahmudov, Əbülfəz Abbasov və digər şəxslərlə armatur ticarəti adı ilə ümumilikdə 1 milyon 800 min manatdan çox pulu onlardan dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş H.Həmzəyev apellyasiya şikayəti verib.

Xatırladaq ki, 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il sınaq müddəti təyin edilməklə K.Quliyevə şərti cəza verilib.

Son xəbərlər

Orphus sistemi