Bakı-Yevlax yolunda qəzaya düşən avtomobil yol ayrıcına daxil olub

Bakı-Yevlax yolunda qəzaya düşən avtomobil yol ayrıcına daxil olub Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Dekabr , 2019 12:34
Bakı-Yevlax yolunda qəzaya düşən avtomobil yol ayrıcına daxil olub

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi "45 BL 581" dövlət nömrə nişanlı VAZ-21043 markalı minik maşını naməlum səbəbdən idarəetmənin itirilməsi nəticəsində kənarları dəmir-beton maneələrlə bağlanmış yol ayrıcına daxil olub.

Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ziyan dəyib. 

Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.

Son xəbərlər

Orphus sistemi