Bakı və Cəlilabadda avtomobil yanıb

Bakı və Cəlilabadda avtomobil yanıb Bakı şəhərinin Yasamal rayonunda "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Hadisə
141
20 İyul , 2021 23:36
Bakı və Cəlilabadda avtomobil yanıb

Bakı şəhərinin Yasamal rayonunda "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.

Cəlilabad rayonunda isə "QAZel" markalı yük avtomobilinin mühərrik hissəsi və kabinası yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi