Bakı və Ağcabədi sakinlərindən silah-sursat götürülüb

Bakı və Ağcabədi sakinlərindən silah-sursat götürülüb Polis əməliyyat keçirib, saxlanılan var.
Hadisə
18 İyun , 2021 12:50
Bakı və Ağcabədi sakinlərindən silah-sursat götürülüb

Polis əməliyyat keçirib, saxlanılan var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əhmədzadə Suraxanı rayonu ərazisində tutulub. Ondan “Beretta” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Eyni zamanda Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Avşar kəndində yaşayan, əvvəllər məhkum olunmuş İ.Şirinovun evinə baxış zamanı oradan “AK-74” markalı silah, 1 ədəd patron darağı, 30 ədəd patron, 1 ədəd qumbara və içərisində barıt olan torba aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi