Bakıda və Abşeronda 65 mağaza və aptekdən oğurluq edən şəxs tutuldu

Bakıda və Abşeronda 65 mağaza və aptekdən oğurluq edən şəxs tutuldu Bakı Şəhər Baş Polis idarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməldaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt, eləcə də Abşeron rayonlarında silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Hadisə
721
23 İyul , 2020 17:56
Bakıda və Abşeronda 65 mağaza və aptekdən oğurluq edən şəxs tutuldu

Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt, eləcə də Abşeron rayonlarında silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, tədbir zamanı Şəmkur rayon sakini Sərdar Pənəhov tutulub.

Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib.

Sərdar Pənəhov ifadəsində isə törətdiyi oğurluqlarının sayının isə yüzlərlə olduğunu bildirib.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi