Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində oğurluq olub

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində oğurluq olub Çəkisi 86 kiloqram olan mis kabel oğurlanıb
Hadisə
9 Fevral , 2017 21:41
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində oğurluq olub

Tbilisi. 9 fevral. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsində oğurluq hadisəsi baş verib. Marabda-Axalkalaki-Qars dəmir yolu xəttində 86 kiloqram ağırlığında mis kabel oğurlanıb. Oğurlanmış kabel “Atef Georgia” MMC-yə məxsusdur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, kabel oğurluğu ilə əlaqədar olaraq 3 nəfər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Onlardan biri Samsxe Cavaxetidəki Ninosminda rayonunda yaxalanılıb. Məlum olub ki, saxlanılan İ.P. Marabda-Axalkalaki-Qars dəmir yolunun Ninosminda hissəsində “Atef Georgia” MMC-yə məxsus 86 kiloqram həcmində mis kabeli oğurlayaraq İ.M. və B.Q. adlı şəxslərə satıb. Saxlanılan şəxslərin avtomobilinə baxış zamanı oğurlanan kabel maddi sübut kimi götürülüb.

İlkin hesablamalara görə, “Atef Georgia” MMC-yə 1558 ABŞ dolları və 2050 lari dəyərində ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi