Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB

Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB Bakı-Sumqaylt yolunda yanğın başlayıb.
Hadisə
10 Sentyabr , 2024 15:08
Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb", - məlumatda qeyd olunub.

14:38

Bakı-Sumqayıt magistralında yolkənarı sahədə yanğın başlayıb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə yolun Ceyranbatan su anbarının yaxınlığından keçən hissəsində, açıq ərazidə baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi