Bakı-Sumqayıt yolunda ağır qəza baş verib, ata və oğul ölüb - FOTO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib, ata və oğul ölüb - FOTO - YENİLƏNİB Hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb
Hadisə
4 Avqust , 2017 05:05
Bakı-Sumqayıt yolunda ağır qəza baş verib, ata və oğul ölüb - FOTO - YENİLƏNİB

Abşeron. 4 avqust. REPORT.AZ/ Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

"Report" xəbər verir ki, həlak olan şəxslər ata və oğuldur: 

1974- cü il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlu,

1997-ci il təvəllüdlü İsmixanov Araz Etibar oğlu


*** 02:14

Abşeron. 4 avqust. REPORT.AZ/ Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərəvəz daşıyan "Qazel" markalı avtomobil MAN markalı qoşqulu yük avtomobilinə arxa hissədən zərbə ilə dəyib. Nəticədə "Qazel"in sürücüsü və yanındakı sərnişin dünyasını dəyişib.

Qazel zərbədən sonra deformasiyaya uğradığından həlak olanların meyiti FHN-nin xüsusi riskli xilasetmə xidməti əməkdaşları tərəfindən maşından çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi