Bakı-Sumqayıt yolunda evakuator qəzaya uğrayıb, tıxac yaranıb - FOTO - VİDEO
Hadisə
- 30 oktyabr, 2019
- 07:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı-Sumqayıt yolunda evakuator ilə avtomobil toqquşub.
"Report"un yerli bürosu xəbər verir ki, 50-DA-813 dövlət nömrə nişanlı "VAZ 2106" avtomobil yolun ortasında idarəetməni itirib. Bu anda qarşı tərəfdən gələn 99-JP-098 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı evakuator maşını ona dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Əraziyə DYP əməkdaşları gəlib.
Qeyd edək ki, evakuator maşını daha çox "156" kimi tanınan “Evakuasiya.Az” MMC-yə aiddir.
Bakı-Sumqayıt yolunda evakuator qəzaya uğrayıb, tıxac yaranıb - FOTO - VİDEO
Son xəbərlər
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media