Yuxarı

Bakı, Sumqayıt və Gəncə şəhərlərində yanğın olub

Hər üç yanğının qarşısı alınıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakı, Sumqayıt və Gəncə şəhərlərində yanğın olub. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının, dəhlizinin və mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Sumqayıt şəhərində isə beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində yerləşən elektrik lövhəsi və 3 ədəd sayğac yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 1800 kv.m olan ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində dəhlizin tavanı və ikinci mərtəbənin döşəməsi 11 kv.m sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi