Bakı-Sumqayıt şosesi yaxınlığındakı ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı-Sumqayıt şosesi yaxınlığındakı ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Hadisə
15 Mart , 2024 19:12
Bakı-Sumqayıt şosesi yaxınlığındakı ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin üçüncü kilometrliyində açıq ərazidəki quru otluq sahədə baş verən yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

18:33

Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidəki quru otluq sahədə yanğın başlayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi