Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb, bir nəfərin halı pisləşib

Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb, bir nəfərin halı pisləşib Qatar hərəkətə başladıqdan 5 dəqiqə sonra elektrik verilişi kəsilib
Hadisə
31 Oktyabr , 2016 18:47
Bakı-Sumqayıt qatarında nasazlıq yaranıb, bir nəfərin halı pisləşib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarında nasazlıq yaranıb. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatar hərəkətə başladıqdan 5 dəqiqə sonra elektrik verilişi kəsilib. Nəticədə qatar 10 dəqiqə yolda qalıb. Havasızlıq səbəbindən ortayaşlı qadının halı pisləşib. Hazırda ona ilkin tibbi yardım göstərilir. 

Qatar 10-12 dəqiqəyədək çəkən nasazlığın aradan qaldırılmasından sonra yola düşüb.

Son xəbərlər

Orphus sistemi