Bakı-Sumqayıt elektrik qatarını daşa basan şagirdlər saxlanılıb

Bakı-Sumqayıt elektrik qatarını daşa basan şagirdlər saxlanılıb Azyaşlılar dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər
Hadisə
4 May , 2016 08:42
Bakı-Sumqayıt elektrik qatarını daşa basan şagirdlər saxlanılıb

Bakı. 4 may. REPORT.AZ/  Paytaxtda bəzi vətəndaşlar Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarların təhlükəsiz hərəkətinə mane olurlar. Belə ki, mayın 3-də  saat 18:15 radələrində Sumqayıtdan Bakıya hərəkət edən elektrik qatarı Keşlə-Bakı mənzilində olarkən iki nəfər tərəfindən daşa basılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, həmin şəxslər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Bakı-yük stansiyasındakı xətt polis məntəqəsinin rəisi, polis leytenantı Nadir Məmmədov və polis nəfəri Bəhruz Ağayev tərəfindən saxlanılıb. 

"Araşdırma zamanı məlum olub ki, saxlanılanlar Nərimanov rayonu 7 saylı liseyin şagirdləri –  Elnur Fazil oğlu Baxşıyev (22. 04. 1999-cu il təvəllüdlü) və  Lalə Şair qızı Ağayevadır (01.01. 1998-ci il təvəllüdlü). Saxlananların valideynləri də Nəqliyyatda Baş Polis İdarəsinə dəvət olunub, azyaşlılar dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər. Polis əməkdaşları saxlanılanlarla maarifləndirici və profilaktiki söhbətlər aparıb, xəbərdarlıq edib və sərbəst buraxıblar. Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib", - deyə N. Əzməmmədov qeyd edib.

"Azərbaycan Dəmir Yolları" QSC bir daha Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırır ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək. 

Son xəbərlər

Orphus sistemi