Hadisə Binəqədi rayonunun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi-31 ünvanında yerləşən Bakı Slavyan Universitetinin yataqxanasında qeydə alınıb. Nəticədə yataqxananın 4-cü mərtəbəsində döşəməsi uçub. Hadisə zamanı bir nəfər yüngül dərəcəli xəsarət alıb. 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsə ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı müvafiq dövlət qurumlarında araşdırma aparılır.