Yuxarı

Bakı şəhər sakinindən saxta əskinaslı ABŞ dolları götürülüb

Əməliyyat zamanı ona saxta pulları verən şəxs də müəyyən olunub

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı şəhər sakinindən saxta əskinaslı ABŞ dolları aşkar edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Namiq Həsənovdan 3 ədəd 100 dollarlıq saxta əskinas götürülüb. Əməliyyat tədbirləri nəticəsində onun həmin əskinasları Lənkəran şəhər Girdəni kənd sakini Arzuman Mirzəyevdən alması müəyyən edilib. Əməliyyat zamanı A.Mirzəyev tutulub, onun evinə baxış zamanı 572 qram marixuana və 28 qram çətənə toxumu aşkar edilərək götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi